Sahibə Qafarova iranlı həmkarına başsağlığı verdi

17:36 28.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən xəbərə görə, Parlamentin sədri İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib.